09:00 23 Aprel 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0459
  • RUB0.0222
XƏBƏRLƏR
Qısa URL
7501

Təhsil şöbəsinin müəllimlərin məzuniyyət hesablarından sığorta adı ilə 60 min manat pul topladığı bildirilib.

BAKI, 3 avqust – Sputnik. Cəlilabad rayon Təhsil şöbəsinin qanunsuz yollara əl ataraq, müəllimlərin məzuniyyət hesablarından sığorta adı ilə 60 min manat pul topladığı iddia olunur. 

Sputnik, region-xeber.info-ya istinadən bildirir ki, müəllimlər əmək haqqlarının əksik olduğunu hiss etdikdən sonra məsələnin üstü açılıb. 

Əldə edilən məlumata görə, 60 min manat pulun 17 700 manatı Cəlilabad rayon sığorta şirkətinə köçürülüb, qalan 42300 manat pulun isə hara yoxa çıxdığı məlum deyil. 

Artıq məsələ ilə bağlı Baş Prokurorluğun Korrupsiyaya qarşı mübarizə idarəsi də araşdırma aparır. İki yüzə yaxın müəllimdən izahat alındığı bildirilir. 

Azərbaycan Republikasının Təhsil Nazirliyi, Cəlilabad rayon şöbəsi və Baş Prokurorluq bu barədə Sputnik-in suallarını cavablandırmaqdan imtina edib. 

Teqlər:
təhsildə rüşvət, rüşvət, Cəlilabad rayon Təhsil şöbəsi, Azərbaycan

Əsas mövzular