17:54 26 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
XƏBƏRLƏR

Politoloq: Türkiyə terrorla təkbaşına mübarizə aparır

XƏBƏRLƏR
Qısa URL
Türkiyənin terror əleyhinə mübarizəsi (21)
37 0 0

Elxan Şahinoğlu: İŞİD ABŞ-ın problemidir və onunla mübarizəni də ABŞ özü aparmalıdır.

BAKI, 3 avqust – Sputnik. Türkiyədə koalisiya hökumətinin qurulması üçün siyasi partiyalar arasında müzakirələr davam edir. Əsas danışıqlar seçkilərdə 41 % səs toplayan AKP ilə 25 % səs yığan CHP arasında aparılır. Artıq müzakirələrin 3 raundu geridə qalıb. Bugün isə sonuncu, dördüncü dəfə heyətlər arası görüşlər keçiriləcək. Əgər danışıqlarda müsbət irəliləyiş əldə olunsa, bundan sonrakı mərhələdə liderlər görüşəcəklər. Qeyd edək ki, bir çox mövzuda hələ də üzərində razılıq əldə olunmayan məqamlar mövcuddur.

Atlas Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Sputnik-ə verdiyi açıqlamada deyib ki, müharibə vəziyyətində seçkilərə getmək Türkiyəyə sərf etmir və böyük ehtimalla koalisiya hökuməti qurulacaq. “MHP koalisiyada yer almayacağını öncədən bildirmişdi. Ona görə də AKP-CHP koalisiyası daha real görünür. Partiyalar özləri də bilirlər ki, bu cür şəraitdə ölkə hökumətsiz qalmamalıdır. Çünki Türkiyə iki cəbhədə müharibə aparır. Daxildə terror hadisələrinin sayı hər gün artaraq davam edir. Buna görə də hesab edirəm ki, koalisiya qurulacaq.”

Politoloq Elxan Şahinoğlu qurulacaq hər hansı koalisiya hökumətinin uzunömürlü olmayacağını iddia edib.

 politoloq Elxan Şahinoğlu \ Политолог Эльхан Шахиноглы
sputnik.az
politoloq Elxan Şahinoğlu \ Политолог Эльхан Шахиноглы

“Koalisiya hökuməti qurulsa belə, ömrü uzun olmayacaq. Biri-birinə tərs siyasi xətt izləyən partiyaların sonadək bərabər olması qeyri-səmimi olardı. Sadəcə olaraq, hazırki böhran vəziyyəti bitənədək bu bərabərlik davam edəcək.” — deyə politoloq əlavə edib.

Türkiyənin İŞİD və PKK ilə mübarizəsinə də toxunun Elxan Şahinoğlu, türk ordusunun əsas diqqəti PKK-ya yönəltdiyini deyib: “İŞİD bir türk əsgərini şəhid etdi və layiqli cavabını aldı. Hazırda isə Türkiyə hökuməti əsas diqqəti PKK terrorçularına yönəldib. Onların Şimali İraqdakı mövqelərinə havadan ağır zərbələr endirilir. İŞİD-ə gəlincə, bu təşkilat ABŞ-ın problemidir və onlarla mübarizəni də ABŞ özü aparmalıdır. Çünki İŞİD-in yaranmasının kökü İraq müharibəsinə dayanır.” 

Politoloq, NATO və ABŞ-ın Türkiyəyə sözdə dəstək verdiyini, faktiki olaraq Türkiyənin terrorla təkbaşına mübarizə apardığını qeyd edib.


Mövzu:
Türkiyənin terror əleyhinə mübarizəsi (21)
Teqlər:
Türkiyənin İŞİD və PKK ilə mübarizəsi, Türkiyədə koalisiya hökuməti, PKK, MHP, CHP, AKP, İŞİD, politoloq Elxan Şahinoğlu, Elxan Şahinoğlu, Türkiyə

Əsas mövzular