10:22 21 Sentyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0265
  • EUR1.8799
Medi Sina

Medi Sina klinikasının əmlakına həbs qoyuldu

aznews.az
XƏBƏRLƏR
Qısa URL
9211

Məhkəmə Medi Sina-nın tənqidçi Elnarə Tofiqqızının ölümündə cinayətkarcasına davranmasını, Səhiyyə Nazirliyindən lisenziya almadığı halda onkoloji əməliyyatın keçirilməsinə razı olmaqla qətlə şərait yaratdığını əsas gətirilərək, klinikaya qarşı cinayət işinin qaldırılmasına qərar verib.

BAKI, 31 iyul – Sputnik. Bu gün Bakı Apellyasiya Məhkəməsində Bakı Slavyan Universitetinin dekanı olmuş, tənqidçi Elnarə Tofiqqızının ölümü ilə bağlı açılan cinayət işi üzrə verilən apellyasiya şikayətinə baxılıb.

Sputnik APA-nın məlumatına istinadən xəbər verir ki, hakim İkram Şirinovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.

“Medi Sina” klinikasının Elnarə Tofiqqızının ölümündə cinayətkarcasına davrandığı, Səhiyyə Nazirliyindən lisenziya almadığı halda, onkoloji əməliyyatın keçirilməsinə razı olmaqla qətlə şərait yaratdığı əsas gətirilərək, klinikaya qarşı cinayət işinin qaldırılmasına qərar verilib və Baş Prokurorluğa təqdimat göndərilib. “Medi Sina” klinikasının bütün əmlakına həbs qoyulub. Bundan başqa klinika cərimələnib.

1977-ci il təvəllüdlü Elnarə Tofiqqızı ötən il sentyabrın 20-də Nəsimi rayonunda yerləşən “Medi Sina” Tibb Mərkəzində süd vəzi kanalının əməliyyatı zamanı vəfat edib.

Məhkəmə-Tibbi Ekspertizasının rəyinə əsasən müəyyən edilib ki, Elnarə Tofiqqızı üzərində anestezioloq düzgün anesteziya əməliyyatı aparmayıb. Nəticədə xəstənin ağciyərinin funksiyası pozulub və o, tənəffüs çatışmazlığından vəfat edib.

Ötən ilin sentyabrın 25-də Nəsimi Rayon Prokurorluğunda faktla bağlı Cinayət Məcəlləsinin 314.2 (səhlənkarlıq — ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi açılıb. 

Elnarə Tofiqqızı iki azyaşlı uşağın anası, Azərbaycanın tanınmış jurnalisti, axar.az saytının baş redaktoru Anar Niftəliyevin həyat yoldaşı idi.

 

Teqlər:
Medi Sina bağlanıb, Medi Sina məhkəmə, Bakı Slavyan Universiteti, Bakı Apellyasiya Məhkəməsi, Medi Sina klinikası, Medi Sina, Elnarə Tofiqqızı, Azərbaycan

Əsas mövzular