07:07 25 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
XƏBƏRLƏR
Qısa URL
67531

Çin paytaxtının xeyrinə BOK-un 44 üzvü, Qazaxıstan şəhərinin xeyrinə isə 40 üzvü səs verib.

BAKI, 31 iyul – Sputnik. Pekin 2022-ci ilin qış Olimpiadasına və Paralimpiya oyunlarına ev sahibliyi edəcək. Tədbirlərin keçirilmə yeri Beynəlxalq Olimpia Komitəsinin (BOK) Kuala-Lumpurda keçirilən 128-ci sessiyasında müəyyənləşib. Bu barədə məlumat BOK-un saytında yer alıb. 

Olimpiada-2022-nin keçirilməsinə Alma-Ata da iddia edib. Amma Çin paytaxtının xeyrinə BOK-un 44 üzvü, Qazaxıstan şəhərinin xeyrinə isə 40 üzvü səs verib. 

Tədbirlərin üç yerdə keçirilməsi planlaşdırılır. Pekinin mərkəzində açılış mərasimi, fiqurlu konkisürmə, şort-trek, xokkey, kerling və sürətli konkisürmə yarışları keçiriləcək. Pekinin şimal-qərb rayonu Yantsində dağ xizəkçiləri, bobsleyçilər, kirşəçilər, skeletonistlər yarışacaqlar. Çjantszyakouda isə xizək, tramplindən xizəklə tullanma, biatlon, fristayl və soubord yarışları olacaq. 

Çin tarixdə ilk dəfədir ki, qış oyunlarını qəbul edəcək. 2008-ci ildə Pekində yay Olimpiadası keçirilmişdi. Bu baxımdan Çin paytaxtı həm yay, həm də qış Olimpiadasını təşkil edən ilk şəhərdir. Eyni zamanda Olimpia oyunları üç dəfə dalbadal Asiyada keçiriləcək (Pxençxana — 2018 və Tokio —2020).

 

Teqlər:
Pekin 2022, Pekin olimpiadası

Əsas mövzular