03:57 28 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
XƏBƏRLƏR
Qısa URL
8311

Rusiyanın energetika naziri Türk axını layihəsinin dondurulduğuna dair dedi-qoduların qəsdən təşkil edildiyini deyib.

BAKI, 31 iyul – Sputnik. Rusiya energetika naziri Aleksandr Novak, Türk Axını layihəsinin dondurulduğuna dair gedən dedi-qodulara son nöqtəni qoyub. O, Rusiyadan Türkiyə vasitəsilə Avropaya nəql ediləcək qaz boru xətti layihəsinin reallaşacağını və bununla bağlı işlərin getdiyini bildirib. Novak, yayılan xəbərlərin qəsdən təşkil edildiyini və reallığı əks etdirmədiyini deyib. 

Aleksandr Novak Türk axını layihəsinin daha tez müddətə istifadəyə verilməsi üçün Qazprom şirkətinin BOTAŞ-a 11 faizlik endirim etdiyini də vurğulayıb. 

Bir müddət öncə Türkiyənin BOTAŞ şirkətinin baş direktoru Mete Göknel, Türk axını layihəsinin qarşısındakı ən böyük maneənin maliyyə olduğunu bildirmiş, bu da layihənin dondurulacağı ilə bağlı spekulyasiyalara səbəb olmuşdu.

Rusiya prezidenti Vladimir Putinin müşaviri Dmitri Peskov da Türk axını layihəsinin önəminə diqqət çəkib. O, qaz boru xətti layihəsinin dondurulduğu iddialarını təkzib edib. 

“Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan payızda Türkiyədə bir araya gələcəklər və layihə ilə bağlı müzakirələr aparacaqlar.” — deyə Dmitri Peskov əlavə edib.


Teqlər:
Türk Axını, Rusiya energetika naziri, Qazprom şirkəti, Rəcəb Tayyib Ərdoğan, Vladimir Putin, Dmitri Peskov, Aleksandr Novak

Əsas mövzular