BAKI, 30 iyul – Sputnik. Vyana razılaşması İran dövlətinin nüvə silahı istehsal etməsinə imkan verməyəcək.
Sputnik xəbər verir ki, Amerika Birləşmiş Ştatlarının dövlət katibi Con Kerri “Amerikanın Səsi”nə müsahibəsində belə deyib.
“İmzalanan müqavilə regionda münaqişələrin qarşısının alınması və təhlükəsizliyin təmin olunmasında müsbət rol oynayacaq. Bu razılaşma həmçinin İran dövlətinin nüvə silahı istehsal etməsinə də imkan verməyəcək.” – deyə Kerri bildirib.