15:50 25 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
XƏBƏRLƏR
Qısa URL
62221

Nüfuzlu pasportlar reytinqində Azərbaycan pasportu 57-ci yerdədir.

BAKI, 30 iyul– Sputnik. Azərbaycan pasportu Gürcüstan və Ermənistan pasportlarından daha nüfuzludur. Azərbaycan vətəndaşları 61 ölkəyə vizasız səyahət edə bilərlər.

Sputnik xəbər verir ki, bu barədə passportindex.org saytının məlumatında deyilir. 

Saytın ən nüfuzlu pasport reytinqində Azərbaycan pasportu 57-ci yerdə yerləşir. 

Gürcüstan vətəndaşları 59 ölkəyə vizasız səyahət edə bilərlər. 62-ci yerdə Ermənistan pasportu qərar tutub. Bu ölkənin vətəndaşları 55 ölkəyə vizasız səyahət edə bilərlər.

Türkiyə pasportu 29-cu yerdədir. Türk vətəndaşları 108 ölkəyə sərbəst, vizasız səyahət etmək imkanına malikdirlər. 

Rusiya pasportu 35-ci yerdədir, bu ölkənin vətəndaşları 98 ölkəyə vizasız gedə bilərlər.

Reytinqin liderləri ABŞ və Böyük Britaniyadır. Onların pasportları ilə 147 ölkəyə vizasız səyahət etmək mümkündür. 

 

Teqlər:
vizasız ölkələr, vizasız ölkə, hansı ölkəyə vizasız getmək olar, Rusiya pasportu, Türkiyə pasportu, Azərbaycan pasportu, ən nüfuzlu pasport reytinqi, Azərbaycan

Əsas mövzular