23:37 19 Avqust 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0256
  • EUR1.8856
Bakı Oskarı 2015

"Bakı Oskarı" adlı film festivalı keçiriləcək

© AZƏRTAC
XƏBƏRLƏR
Qısa URL
5901

Üç gün davam edəcək festivalda ən yaxşı 10 qısametrajlı film münsiflər tərəfindən seçiləcək.

BAKI, 30 iyul – Sputnik. Avqustun 25-də Azərbaycan Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə "Bakı Oskarı" adlı qısametrajlı film festivalı keçiriləcək.

Layihənin rəhbəri Bəylər Ağayevin Azərtac-a verdiyi məlumata görə,  peşəkar və həvəskar gənc rejissorların iştirakı ilə keçiriləcək layihənin əsas məqsədi gənc rejissorların işini dəyərləndirmək, gələcək peşə fəaliyyətlərində onlara uğurlu bir başlanğıc üçün şərait yaratmaqdan ibarətdir. 3 gün davam edəcək festivalda ən yaxşı 10 qısametrajlı film münsiflər tərəfindən seçiləcək. Dini və siyasi mövzular istisna olmaqla gənc rejissorlar bütün mövzulara müraciət edə bilər. Təqdim olunan videomaterialın xronometrajı maksimum 15 dəqiqə olmalıdır. Bundan əlavə, "Ən yaxşı aktrisa", "Ən yaxşı aktyor", "Ən yaxşı ssenarist", "Ən yaxşı operator" seçilərək "Bakı Oskarı" nominasiyaları üzrə mükafatlandırılacaq.

Mükafatlandırma mərasimi avqustun sonunda reallaşacaq.

Teqlər:
Bakı Oskarı, Bakı Oskarı 2015, Bakı, Azərbaycan

Əsas mövzular