08:24 20 İyun 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0259
  • RUB0.0235
XƏBƏRLƏR
Qısa URL
59

Təcrübəli məşqçi: Otuz min azarkeşin çılğın dəstəyi Qarabağın gücünə güc qatacaq.

BAKI, 30 iyul – Sputnik. “Qarabağ” cavab oyununda maksimum gücünü ortaya qoymalıdır. Həm hücum etməli, həm də müdafiəsini yaddan çıxarmamalıdır. Bir sözlə, “Qarabağ” futbolçuları öz bacarıqlarından maksimum istifadə etməlidir.

Bu sözləri Sputnik-ə açıqlamasında tanınmış məşqçi, AFFA-nın məşqçilər komitəsinin əsas üzvü olan Ağasəlim Mircavadov deyib.

Ağasəlim Mircavadov, 0-1 hesabının elə də pis nəticə olmadığını, turu keçmək üçün əlverişli hesab olduğunu söyləyib.

“Deyərdim ki, 0-1 hesabı elə də pis nəticə deyil, cavab oyunu üçün əlverişlidir. Nəzərə almaq lazımdır ki, bu il Qarabağ futbol klubundan bir çox oyunçu  gedib, yeniləri gəlib. Ancaq dünənki oyun göstərdi ki, yeni gələnlər komandaya tez adaptasiya olunublar.”

Avqustun 5-də Bakıdakı cavab oyununun çox gərgin keçəcəyini deyən təcrübəli məşqçi, stadiona toplaşacaq tərəfdarların önəminə diqqət çəkib.

“Nəzərə almaq lazımdır ki, Tofiq Bəhramov adına Respublika stadionu ağzına qədər dolu olacaq. Otuz min azarkeşin çılğın dəstəyi Qarabağın gücünə güc qata bilər. Ümumiyyətlə futbolda azarkeş dəstəyi çox şeyi həll edir. Bu dəstək ruhdan düşən oyunçulara əlavə güc verir. Bu da təbii ki, nəticəyə təsir edir. Ona görə də Qarabağ aqqressiv oynamağa çalışmalıdır.” — deyə Ağasəlim Mircavadov əlavə edib.

Bugün axşam UEFA avroliqada keçiriləcək İnter və Qəbələnin səfər oyunlarına da toxunan təcrübəli məşqçi Qəbələyə nisbətən İnterin işinin ağır olduğunu söyləyib:

“Rəqibin kimliyini nəzərə alsaq, Qəbələdən uğur gözləmək olar. Bu klub yaxşı hazırlıq keçib. Komandada əhval-ruhiyyə öz yerindədir. İnter-in işi isə çox ağırdır. Rəqib İspaniyanın ən güclü klublarından olan Atletik Bilbaodur. Oyunçular hesabı düşünməməlidirlər, meydana çıxıb öz oyunlarını oynamalıdırlar. Nəticə hər necə olur olsun, İnter-i alqışlamağa dəyər. Onlar iki etap keçməklə hamımızı sevindirməyi bacardılar.”

 

Teqlər:
Qarabağ futbolçuları, Qarabağ - Seltik, Qarabağ futbol klubu, Tofiq Bəhramov adına Respublika stadionu, AFFA, Ağasəlim Mircavadov, Bakı, Azərbaycan

Əsas mövzular