07:38 28 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
XƏBƏRLƏR
Qısa URL
Türkiyənin terror əleyhinə mübarizəsi (21)
4611

Ağ Ev Türkiyəni terrorçularla danışıqlara çağırsa da, terrorçular türk hərbçiləri öldürməkdə davam edirlər.

BAKI, 30 iyul — Sputnik. ABŞ Türkiyənin bir neçə gündür, İŞİD və PKK terror təşkilatlarına qarşı başladığı hərbi əməliyyatın miqyasının azaldılmasını istəyir.

Ağ Evin nümayəndəsi Erik Şultz Türkiyənin təzyiqləri azaltmasını, çözüm prosesini sülh yolu ilə davam etdirməsini arzuladıqlarını bildirib.

Sputnikin whitehouse.gov-a istinadən verdiyi məlumata görə, Şultz Türkiyənin İŞİD-ə qarşı yaradılmış koalisiyaya dəstəyi və PKK mövqelərinə zərbə endirməsi ilə bağlı sualı cavablandırarkən deyib ki, Türkiyə NATO-nun strateji müttəfiqidir.

“Biz Türkiyə hökumətinin İŞİD-lə mübarizədə göstərdiyi dəstəkdən məmnunuq. PKK da terror təşkilatıdır. Bu təşkilatın terror hücumlarını pisləyirik. Ancaq hesab edirik ki, sülh yolu ilə çözüm prosesini davam etdirmək lazımdır. Türkiyəni bu prosesə dönməyə çağırırıq.” — deyə Şultz bildirib. 

Bu arada Türkiyənin Şırnak vilayətində hərbçilər terror hücumuna məruz qalıblar. Terrorçular vilayətdə yerləşən Görməc hərbi bazasında yola nəzarət edən hərbçilərə atəş açıblar. Nəticədə 3 hərbçi şəhid olub. Onlardan biri zabit, ikisi əsgərdir.

Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahının yaydığı məlumata görə, separatçı terrorçular hərbçilərə silahlı hücum ediblər. Nəticədə Silahlı Qüvvələrin 3 hərbçisi ölüb, açılan cavab atəşi ilə 1 terrorçu məhv edilib. 

Bir neçə gündür, Türkiyə terror təşkilatlarına qarşı əməliyyatlara başlayıb. PKK-nın İraqın şimalındakı mövqelərinin havadan atəşə tutulması nəticəsində yüzlərlə terrorçu məhv edilib. Həmçinin, ölkə daxilində hüquq-mühafizə orqanlarının həyata keçirdiyi tədbirlər nəticəsində İŞİD və PKK üzvü olan yüzlərlə şəxs saxlanılıb. 

 

Mövzu:
Türkiyənin terror əleyhinə mübarizəsi (21)
Teqlər:
Ağ Evin nümayəndəsi Erik Şultz, PKK terror təşkilatı, İŞİD terror təşkilatı, PKK, İŞİD, Erik Şultz, Türkiyə, ABŞ

Əsas mövzular