23:11 24 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
XƏBƏRLƏR
Qısa URL
8810

“Alibaba Group” ABŞ-ın “Amazon” şirkətini də dünya “bulud” bazarı uğrunda mübarizəyə çağırıb.

BAKI, 30 iyul-Sputnik. Çinin “Alibaba Group” şirkəti “bulud” texnologiyaları üzrə ixtisaslaşan “Aliyun” xidmətinə 1 milyard dollar yatırmaqla bağlı planlarını açıqlayıb. “Alibaba Group” ABŞ-ın “Amazon” şirkətini də dünya “bulud” bazarı uğrunda mübarizəyə çağırıb.

Sputnik xəbər verir ki, "DailyComm” saytı bu barədə məlumat yayıb. Saytın xəbərinə görə, qeyd olunan sərmayələr Sinqapur, Yaponiya, Avropa və Yaxın Şərqdə yeni “Aliyun” məlumat mərkəzlərinin açılmasına yönəldiləcək. Bundan başqa, bu regionlarda telekommunikasiya operatorları və korporativ sifarişçilərlə sıx münasibətlərin qurulması da planlaşdırılır.

“Aliyun”un prezidenti Saymon Hunun sözlərinə görə, məqsədləri yaxın dörd ildə müştərilərin, texnologiyaların sayına və ya dünya biznesinin həcminə görə “Amazon” şirkətinə çatmaqdır. “Amazon”, “Microsoft” və digər şirkətlər ABŞ və Avropada “bulud” texnologiyalarını geniş tətbiq etməklə bizə bu sahədə mübarizəyə qoşulmaq üçün geniş imkanlar açır.

Teqlər:
Aliyun bulud xidməti, Aliyun, Microsoft, Amazon şirkəti, Amazon, Alibaba, Alibaba Group

Əsas mövzular