06:53 24 Sentyabr 2018
Canlı yayım
  • RUB0.0256
  • USD1.7000
  • EUR2.0024
No porn

Parlamentin kompüterlərindən pornosaytlara 247 min dəfə giriş olub

google.com
XƏBƏRLƏR
Qısa URL
89041

Britaniyalı parlamentarilər bir ayda 1300 dəfə pornosaytlara daxil olublar.

BAKI, 29 iyul-Sputnik. Daily Express qəzeti keçən il Böyük Britaniya parlamentinin kompüter şəbəkəsindən 247.000 dəfə porno saytlara daxil olunduğunu yazıb.

Qəzetin məlumat azadlığı hüququndan istifadə edərək əldə etdiyi xəbərə görə, pornoqrafik hesab edilən saytlara ən çox giriş bu ilin aprel ayında, parlament tətildə olarkən qeydə alınıb. 

Məlumatda bildirilir ki, bu ilin aprelində parlament kompüterlərindən porno saytları gün ərzində 1.300 dəfə ziyarət ediblər. 2013-cü ildə isə pornoqrafik saytlara 350.000 min dəfə giriş qeydə alınıb. 

İngiltərənin Vergi Mükəlləfiyyətləri Birliyinin sədri Conatan İseybi (Jonathan Isaby) ortaya çıxan rəqəmin "şok edici" olduğunu deyib. Həmçinin qeyd edib ki, bu ziyarətlərin bəziləri istifadəçilərin nəzarətində olmayan pop-up pəncərələrindən qaynaqlana bilər. 

Böyük Britaniyanın baş naziri Devid Kameron ötən il pornoqrafik mənbələri "internetin ən qaranlıq guşələrində gizlənmiş olsalar belə, blok ediləcəklərini" demişdi. Ancaq Britaniya parlamentinin kompüter şəbəkəsindən gələn nəticələr hökumətin pornoyla bağlı siyasətinin özünü doğrultmadığını göstərib. 

Əsas mövzular