19:21 20 İyun 2018
Canlı yayım
  • RUB0.0267
  • USD1.7000
  • EUR1.9671
Mişel Platini

Mişel Platini FIFA prezidentliyinə namizəd olacağını bəyan edib

static.guim.co.uk
XƏBƏRLƏR
Qısa URL
8521

UEFA prezidenti: Mən çox ciddi götür-qoydan sonra düşünülmüş qaydada futbol və öz şəxsi gələcəyimlə bağlı qərar vermişəm.

BAKI, 29 iyul-Sputnik. UEFA lideri Mişel Platini rəsmi olaraq FIFA prezidentliyi uğrunda mübarizə aparacağını bəyan edib.

Sputnik UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Platini gələn ilin fevralın 26-da FIFA prezidentliyinə keçiriləcək seçkilərdə rəsmi olaraq iştirakını təsdiqləyib.

“Mən çox ciddi götür-qoydan sonra düşünülmüş qaydada futbol və öz şəxsi gələcəyimlə bağlı qərar vermişəm. Ola bilsin ki, bu qərarı verməkdə sizlərin də dəstəyinə arxalanmışam, hansı ki, çoxunuz bunu təklif etmisiniz.”- deyə Platininin məktubunda qeyd olunur.

Platini onu da qeyd edib ki, bütün səylərini futbolun inkişafına yönəldəcək və yorulmadan bu istiqamətdə çalışacaq.

Hazırda FIFA-nın prezidenti postunu Yozef Blatter icra edir. O cari ilin iyunun 2-də bu vəzifədən istefa verəsə də, növbəti seçkilərədək vəzifəsini icra edəcək.

Daha əvvəl sabiq fransız futbolçu David Jinola, İordaniya şəhzadəsi Əli bin Əl-Hüseyn, FİFA-nın sabiq vitse-prezidenti, həmçinin Cənubi Koreya Futbol Assosiasiyasının rəhbəri Çon Mondjun, argentinalı futbol ulduzu Dieqo Maradona, əfsanəvi braziliyalı futbolçu Ziko və Liberiya Futbol Assosiasiyasının prezidenti Musa Biliti FİFA başqanı olmaq istəyini bildirmişdilər.


Əsas mövzular