19:50 21 İyun 2018
Canlı yayım
  • RUB0.0267
  • USD1.7000
  • EUR1.9658
Necdet Özel

Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi istefaya gedir

onedio.com
XƏBƏRLƏR
Qısa URL
10210

Necdet Özeli Quru Qoşunları komandanı 63 yaşlı general Hulusi Akarın əvəz edəcəyi bildirilir.

BAKI, 29 iyul — Sputnik. Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Necdet Özel iyul ayının sonunda vəzifəsini tərk edəcək.

Bu barədə Türkiyənini "Kanal7" telekanalı xəbər verib. 

Özelin avqustun sonunda vəzifəsini tərk edəcəyi gözlənilirdi. İstefaya səbəb kimi onun səhhətində problemlərin olması göstərilirdi. Türkiyəni terrorun bürüdüyü və antiterror əməliyyatlarına fəal şəkildə qoşulduğu bir vaxtda Baş Qərargah rəisinin elan olunduğu vaxtdan bir ay tez istefaya getməsi birmənalı qarşılanmayıb.  

Necdet Özel 2011-ci il avqustun 4-də Silahlı Qüvvələrin Baş Qərargahının rəisi təyin edilib.

Telekanalın məlumatına görə, Quru Qoşunları komandanı 63 yaşlı general Hulusi Akar Baş Qərargahın rəisi təyin edilə bilər.


Teqlər:
Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, Hulusi Akar, Necdet Özel, Türkiyə

Əsas mövzular