23:57 25 Fevral 2018
Canlı yayım
Şanlı-Urfa terror

7 iyundan bu günə kimi Türkiyədə 657 terror hadisəsi törədilib

trtturk.com
XƏBƏRLƏR
Qısa URL
Türkiyənin terror əleyhinə mübarizəsi (21)
8811

Əhməd Davudoğlu: Bizim 3 yox 33 terror təşkilatı ilə mübarizə aparmağa gücümüz çatır.

BAKI, 29 iyul — Sputnik. 7 iyundan bu günə kimi Türkiyədə 657 terror hadisəsi törədilib. İŞİD, PKK və DHKP-C eyni vaxtda hücumlara başlayıb. Bizim 3 yox, bizim 33 terror təşkilatı ilə də mübarizə aparmağa qüdrətimiz çatır.

Sputnik Türkiyənin "Milliyet" qəzetinə istinadən xəbər verir ki, bunu Türkiyənin baş naziri Əhməd Davudoğlu Ədalət və İnkişaf Partiyasının (AKP) Türkiyə parlamentində keçirilən iclasındakı çıxışında deyib.

Baş nazir PKK, İŞİD və DHKP-C üçlüyünün əsas hədəfinin Türkiyə dövləti olduğunu bildirib: “Bu hücumların birinci hədəfi Türkiyə Cümhuriyyəti dövlətidir, demokratiyadır, insan haqlarıdır. Hücumların ikinci hədəfi ictimai sabitlik, üçüncü hədəf isə Türkiyənin beynəlxalq etibarıdır.”

Davudoğlu hər kəsin mövqeyini açıq şəkildə ortaya qoymalı olduğunu qeyd edib.


Mövzu:
Türkiyənin terror əleyhinə mübarizəsi (21)

Əsas mövzular