15:11 18 İyun 2018
Canlı yayım
  • RUB0.0272
  • USD1.7000
  • EUR2.0067
Windows 10

"Windows 10" əməliyyat sistemi bu gün satışa çıxarılıb

hi-tech.imgsmail.ru
XƏBƏRLƏR
Qısa URL
9831

"Windows 7" və "Windows 8.1" sistemlərinin idarəetməsi ilə işləyən kompyuterlərdə yeni platformanı il ərzində pulsuz quraşdırmaq mümkün olacaq, digər qurğular üçün nəzərdə tutulan "Windows 10" isə bazara sonradan çıxarılacaq.

BAKI, 29 iyul — Sputnik. İyulun 29-da dünyada yeni "Windows 10" əməliyyat sisteminin satışına başlanılıb. Bu barədə "Microsoft" korporasiyasının məlumatında deyilir.

Sputnik Microsoft-un saytına istinadən xəbər verir ki, "Windows 7" və "Windows 8.1" sistemlərinin idarəetməsi ilə işləyən kompyuterlərdə yeni platformanı il ərzində pulsuz quraşdırmaq mümkün olacaq. Digər qurğular üçün nəzərdə tutulan "Windows 10"nun bazara sonradan çıxarılacağı gözlənilir. Korporativ versiyalarda — "Windows 7", "Windows 8/8.1" və "Windows RT/RT 8.1" korporativdə isə yenilənmələr ödənişlidir.

"Microsoft"un əməliyyat sistemləri üzrə vitse-prezidenti Terri Mayersonun sözlərinə görə, "Windows 10"nun quraşdırılacağı qurğuların sayı 2018-ci maliyyə ilinədək 1 milyardı ötəcək.

"Windows 10"da əvvəlki "Start" menyusu yenidən yer alacaq və "Cortana" səsli köməkçisi quraşdırılacaq. Onu səsli və ya mətnli komandalar vasitəsilə idarə etmək mümkün olacaq. "Cortana" həmçinin istifadəçinin "Windows" sistemli müxtəlif qurğularda işi bərpa etməsinə imkan verəcək. "Windows Hello" biometrik identifikasiya sistemi kompyuterə şəxsi mobil qurğularda biometrik autentifikasiyanın köməyi ilə parolsuz daxil olmağa imkan yaradacaq. Yeni platformada daha bir yenilik isə "Office 2016" ofis əlavəsi və "Microsoft Edge" brauzerinin quraşdırılmasıdır.


Əsas mövzular