07:46 25 İyun 2018
Canlı yayım
  • RUB0.0267
  • USD1.7000
  • EUR1.9745
Meşə yanğını

İki nazirlik birləşib yaylağı yanğından mühafizə edir

National geographic
XƏBƏRLƏR
Qısa URL
8720

Xızının Dizəvər yaylağında baş verən yanğını əl əməyi və helikopterin köməyilə lokallaşdırmaq mümkün olub.

BAKI, 29 iyul-Sputnik. Xızı rayonunun Dizəvər yaylağında baş verən yanğın lokalaşdırılıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətindən Sputnik-ə verilən məlumatda bildirilir ki, iyulun 28-də Xızı rayonunun Dizəvər yaylağında başlamış, sonradan meşə fondu torpaqlarına keçmiş yanğın FHN-nin yanğından mühafizə dəstələri və ETSN-nin əməkdaşlarının ciddi səyləri nəticəsində lokallaşdırılıb.

Məlumatda o da qeyd olunur ki, yanğın yaylaqda geniş ərazini əhatə etdiyindən və hava şəraiti küləkli olduğundan onun söndürülməsində çətinliklər yaranıb və meşə fondu torpaqlarına keçib. “Ərazi yüksək dağ massivində, dəniz səviyyəsindən yüksəklikdə yerləşdiyindən yanğınsöndürən maşınların ora cəlb edilməsində problemlər yaranıb. Yanğının qarşısının alınması və közərən sahələrin söndürülməsi üçün mümkün olan bütün vasitələrdən, əsasən əl əməyindən və helikopterin köməyindən istifadə edilib. Ümumiyyətlə, bir-birindən aralı məsafələrdə yerləşən kiçik sahələrdə baş vermiş yanğın, közərtilər də daxil olmaqla 2 hektara yaxın meşə fondu torpaqlarını əhatə edib və nəticədə quru ot və kol örtüyü yanıb.

Meşə işçilərinin, ümumilikdə ETSN və FHN əməkdaşlarının fədakarlığı, şücaəti və ciddi səyləri ilə ağaclara ciddi ziyan dəyməyib. Çətin şəraitdə əl əməyindən istifadə edilməklə həyata keçirilən intensiv tədbirlərlə ağac örtüyü mühafizə edilib. Hazırda közərtilərin tam olaraq söndürülməsi istiqamətində işlər davam etdirilir. Yanğınla əlaqədar ETSN-in müvafiq qurumları fövqəladə iş rejiminə keçib və Nazirliyin 150 nəfərə yaxın əməkdaşı, o cümlədən, müvafiq departament rəhbərləri və işçi qüvvəsi dünəndən ərazidədir." — deyə məlumatda qeyd olunur.

İyulun 28-də saat 12 radələrində Xızı rayonunun Dizəvər yaylağında yanğın baş verib. Yanğın əvvəlcə yaylağın otlaq sahəsində baş verib və havanın küləkli olması nəticəsində meşəyə keçib.

Teqlər:
Xızı meşələrində yanğın, Xızıda yanğın, Dizəvər yaylağında yanğın, ETSN və FHN, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, ETSN, FHN, Fövqəladə Hallar Nazirliyi, Xızı, Dizəvər yaylağı, Azərbaycan

Əsas mövzular