04:57 19 İyun 2018
Canlı yayım
  • RUB0.0272
  • USD1.7000
  • EUR2.0067
Azərbaycan hərbi gəmiləri

Azərbaycanın hərbi gəmiləri Rusiya sahillərinə çıxıb

faktxeber.com
XƏBƏRLƏR
Qısa URL
14210

Azərbaycan Hərbi-Dəniz Qüvvələrinə məxsus gəmilər Mahaçqala limanına yan alıb.

BAKI, 29 iyul — Sputnik. Azərbaycan Hərbi-Dəniz Qüvvələrinə məxsus gəmilər Mahaçqala limanına yan alıb.

Sputnik RİA Novosti-yə istinadən xəbər verir ki, iki patrul kateri və bir dəniz yedəyi “Xəzər Kuboku-2015” Beynəlxalq Ordu Oyunlarında iştirak edəcək.   

Rusiya Cənub Hərbi Dairəsinin mətbuat xidmətindən bildiriblər ki, qarşılanma mərasimindən sonra Rusiya, Qazaxıstan və Azərbaycanı təmsil edən yarış iştirakçıları “Dağıstan” gəmisində dəniz poliqonlarına baş çəkiblər. Dənizdə rusiyalı dənizçilər qonaqlara marşrutların keçmə qaydasını və döyüş tapşırıqlarının yerinə yetirilməsini nümayiş etdiriblər.

“Xəzər Kuboku-2015” Beynəlxalq Ordu Oyunları avqustun 3-dən 15-dək Xəzər dənizində ümumi sahəsi 300 km olan xüsusi təchiz edilmiş poliqonda keçiriləcək.


Əsas mövzular