13:18 25 Fevral 2018
Canlı yayım
Müdafiə Nazirliyi

Müdafiə Nazirliyinin əməkdaşlarına cinayət işi açılıb

apa.az
XƏBƏRLƏR
Qısa URL
19830

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Baş Hərbi İnspeksiyasının əməkdaşlarının işdən azad edilməsi faktını təsdiqləyib.

BAKI, 29 iyul-Sputnik. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Baş Hərbi İnspeksiyasının əməkdaşlarına qarşı cinayət işi açılıb.  

Sputnik-in sorğusuna rəsmi cavab verən Müdafiə Nazirliyinin mətbuat xidməti bildirib ki, Müdafiə Nazirliyi Baş Hərbi İnspeksiyasının əməkdaşları hərbi xidmət vəzifələrinin icrası zamanı yol verdikləri ciddi qanun pozuntularına görə işdən azad ediliblər. 

Müdafiə Nazirliyi rəhbərliyinin göstərişi əsasında müvafiq araşdırma aparılıb və toplanmış materiallar qanunamüvafiq tədbir görülməsi üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib. Həmin materiallar əsasında Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən cinayət işi başlanıb və hazırda istintaq aparılır.

Məlutda həmçinin bildirilir ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandanın qeyd etdiyi kimi tutduğu vəzifədən, keçmiş xidmətlərindən asılı olmayaraq, xidməti dövründə yol verdiyi qanun pozuntularına görə hər kəs qanun qarşısında məsuliyyət daşıyır.

Sputnik-ə daxil olan məlumata görə, bir qrup hərbi qulluqçu Müdafiə Nazirliyi Baş Hərbi İnspeksiyasındakı rüşvət və korrupsiya faktı ilə bağlı birbaşa Ali Baş komandana müraciət edib. Bu müraciət araşdırılıb və fakt təsdiqini tapıb. Müraciətdə adı çəkilən İnspeksiyanın əməkdaşları Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən saxlanılıb.

Bu faktın təsdiqini tapmasında Prokurorluğun, Müdafiə nazirliyinin Əks-Kəşfiyyat İdarəsinin və Milli Təhlükəsizlik Nazirliyinin də müstəsna rolu olub.

Əsas mövzular