03:55 25 Fevral 2018
Canlı yayım
apple iphone

Çində saxta “iPhone” istehsal edən fabrik bağlanıb

www.apple.com
XƏBƏRLƏR
Qısa URL
17120

2015-ci ilin yanvarından fəaliyyət göstərən fabrikdə 19,4 milyon dollar dəyərində 41 min saxta smartfon satılıb.

BAKI, 29 iyul-Sputnik. Çində saxta “iPhone” istehsal edən fabrik bağlanıb.

Sputnik RİA Novosti-yə istinadən xəbər verir ki, ilkin məlumatlara görə, gizli istehsal olunan 40 mindən çox saxta smartfon toplanıb. Doqquz nəfər həbs olunub, satışa hazır olan 1400-dən çox telefon müsadirə edilib.

Fabrikdə istehsal olunan saxta smartfonlar xarici ölkələrə, o cümlədən ABŞ-a ixrac olunurdu. 2015-ci ilin yanvarından fəaliyyət göstərən fabrikdə 19,4 milyon dollar dəyərində 41 min saxta cihaz satılıb. İlk olaraq bir neçə saxta və keyfiyyətsiz telefon ABŞ müvafiq qurumlarının diqqətini cəlb edib.

Çinin səlahiyyətli orqanları qanunsuz istehsala qarşı fəal mübarizə aparır.

Saxta məhsulların istehsalı problemi bu gün dünyanı ciddi narahat edir. Bu məhsulların istehsalı 2012-ci ildə ən yüksək həddə çataraq, ümumi dəyəri 1,7 trilyon dollar təşkil edib.

Əsas mövzular