23:57 25 Fevral 2018
Canlı yayım
Müdafiə Nazirliyi

Hərbçilərin mühasirəyə düşməsi və yaralanması xəbəri yalan çıxdı

apa.az
XƏBƏRLƏR
Qısa URL
6610

Müdafiə Nazirliyi bu barədə informasiyaların Ermənistanın xüsusi xidmət orqanları və xakerləri tərəfindən məqsədyönlü surətdə yayıldığını bildirib.

BAKI, 25 iyul — Sputnik. Azərbaycanın Müdafiə Nazirliyi bəzi KİV-də münaqişə zonasında hərbçilərin yaralanması ilə bağlı yayılan məlumatları yalan və təxribat adlandırıb. 

Sputnik Müdafiə Nazirliyinin saytına istinadən xəbər verir ki, nazirlik bəzi elektron kütləvi informasiya vasitələrində guya 40 nəfər hərbi qulluqçumuzun mühasirəyə düşməsi, bir neçə saatlıq atışmadan sonra mühasirədən çıxmağa nail olması və 8 nəfər hərbçimizin yaralanması barədə yalan və təxribat xarakterli məlumatların yayıldığını bildirib. 

”Ermənistanın xüsusi xidmət orqanları, o cümlədən xakerləri tərəfindən məqsədyönlü surətdə yayılan bu xəbərlər həqiqətə uyğun deyil və təəssüflər olsun ki, bəzi yerli elektron kütləvi informasiya vasitələri də düşmən yalanına uyaraq ictimaiyyətimizə yanlış məlumatlar çatdırırlar. Növbəti dəfə bildiririk ki, cəbhədə baş verən hər bir hadisə ilə bağlı məlumatların yayılmadan əvvəl rəsmi surətdə Müdafiə Nazirliyi ilə dəqiqləşdirilməsi zəruridir və vacibdir.” — deyə MN-nin məlumatında qeyd olunub.

Əsas mövzular