18:52 21 Sentyabr 2018
Canlı yayım
  • RUB0.0256
  • USD1.7000
  • EUR2.0024
İŞİD-terror

İŞİD Türkiyəni terror aktları ilə hədələyib

today
XƏBƏRLƏR
Qısa URL
4010

Türkiyənin terrorçuların mövqelərinə hava zərbələri endirməsindən sonra qruplaşma təhdid bəyanatı yayıb.

BAKI, 25 iyul — Sputnik. İŞİD terror qruplaşması və onun tərəfdarları Türkiyəni yeni terror aktları ilə təhdid edib.

Sputnik xəbər verir ki, bu barədə terrorçuların sosial şəbəkələrdə aktivliyini araşdıran SITE ekspertləri bildirib.

Məlumata görə, qruplaşmanın müvafiq bəyanatı Türkiyənin terrorçuların mövqelərinə hava zərbələri endirməsindən sonra verilib.  

Türkiyə mətbuatı daha əvvəl xəbər vermişdi ki, ABŞ və Türkiyə arasında uzun sürən danışıqlardan sonra Vaşinqton Suriyanın şimalında 90 km-lik Türkiyə-Suriya sərhədi boyunca 50 km enində uçuşsuz bufer zonasının yaradılmasına razılıq verib. Bunun müqabilində Ankara ABŞ-a “İncirlik” aviabazasından Suriyada İŞİD terror qruplaşmasına qarşı əməliyyatların aparılması üçün istifadə etməyə icazə verib. 


Əsas mövzular