02:20 28 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
XƏBƏRLƏR
Qısa URL
5311

PA yetkilisi: Azərbaycanın işğal olunmuş ərazilərinə rəsmi Bakının icazəsi olmadan gələn şəxslər, orada müəyyən işlər görən bəzi xarici şirkətlər siyahıya salınır.

BAKI, 24 iyul — Sputnik. Azərbaycanın işğal olunmuş ərazilərinə rəsmi Bakının icazəsi olmadan gələn şəxslər, o ərazilərdə müəyyən işlər görən bəzi xarici şirkətlər siyahıya salınır, nəzərdə saxlanılır.

Sputnik-in məlumatına görə, Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov bu gün keçirdiyi mətbuat konfransında belə deyib.

Məmmədov bildirib ki, Azərbaycan hökuməti imkanları daxilində bu gün də həmin fiziki və hüquqi şəxslərə qarşı addımlar atır, gələcəkdə atacaq: “Həmin şəxslər əsasən Avropa ölkələrindəndirlər. İstədiyimiz odur ki, heç bir şeydə ikili standart olmasın. Necə ola bilir ki, Dağlıq Qarabağdakı qondarma quruma yardım göstərilir, hansısa variantlarla qondarma “prezidenti”nə müxtəlif ölkələrdə Şengen vizası da verirlər? Necə olur ki, Böyük Britaniyanın Kral İnstitutu Bako Saakyanı dəvət edir, tez-tez müxtəlif marafonlarda iştirak etmək üçün ABŞ-a, Fransaya da gedir, istədiklərini edir?! Bu, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə müsbət təsir göstərməyəcək, biz bunları qəbul etmirik ”.

Teqlər:
Prezidenti Administrasiyası rəhbərinin müavini, Prezidenti Administrasiyası, Bako Saakyan, Novruz Məmmədov

Əsas mövzular