11:28 02 Dekabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
XƏBƏRLƏR
Qısa URL
43411

İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev deyib ki, artıq qiymətlərin tənzimlənməsi mexanizmi hazırdır.

BAKI, 24 iyul — Sputnik. Dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi sahəsində həyata keçirilən tədbirlər yaxın vaxtlarda qiymətlərin əhəmiyyətli dərəcədə aşağı düşməsinə imkan verəcək.

Sputnik İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, bu barədə qurumun kollegiya iclasında nazir, kollegiyanın sədri Şahin Mustafayev deyib.

Nazir qeyd edib ki, bu mühüm sosial məsələyə dövlət başçısı xüsusi diqqət göstərir: "Bu sahədə qanunvericilik bazası yaradılıb, qiymətlərin tənzimlənməsi mexanizmi hazırlanıb. Dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi sahəsində həyata keçirilən tədbirlər yaxın vaxtlarda qiymətlərin əhəmiyyətli dərəcədə aşağı düşməsinə imkan verəcəkdir".

Şahin Mustafayev əlavə edib ki, dərman satışı bazarında keyfiyyətə xüsusi diqqət yetiriləcək.

Kollegiya iclasında aviabiletlərin qiymətlərinə də toxunan Şahin Mustafayev deyib ki, prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, aidiyyəti dövlət qurumları ilə birlikdə İqtisadiyyat və Sənaye Nazirliyi aviabiletlərin qiymətlərinin təhlili aparılır. Onun sözlərinə görə, aviabiletlərin qiymətlərinin aşağı salınması istiqamətində tədbirlərin həyata keçirilməsinə başlanılıb.

Teqlər:
son xəbərlər, Azərbaycan xəbərləri, aviabiletlərin qiymətləri, dərmanların qiymətləri, Dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi, İqtisadiyyat və Sənaye Nazirliyi, Şahin Mustafayev, Azərbaycan

Əsas mövzular