01:22 19 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0231
  • EUR2.0516
XƏBƏRLƏR
Qısa URL
1610

Dan Rorabaker: Bu saziş ABŞ-ın İranın molla rejimi ilə mübarizə aparmaq və bu ölkədə demokratiya və insan hüquqlarının tərəfdarı olan qüvvələri dəstəkləmək imkanlarını məhdudlaşdırır.

BAKI, 23 iyul — Sputnik. Beynəlxalq "altılıq"la İran arasında bağlanan nüvə sazişi İslam Respublikasının Koreya Xalq Demokratik Respublikası və Pakistan kimi nüvə silahı əldə etməsini istisna etmir.

Sputnik xəbər verir ki, ABŞ-ın Nümayəndələr Palatasının Beynəlxalq Komitəsinin respublikaçı üzvü Dan Rorabaker belə deyib.  

Dünən Konqressdə dövlət katibi Con Kerri, energetika naziri Ernest Monis və maliyyə naziri Ceykob Lyunun iştirakı ilə İranla sazişə dair dinləmələrin bağlanışı olub. Senatın və Nümayəndələr Palatasının əksər üzvü sənəd əldə olunana qədər onu sərt tənqid etmişdilər və ona səs verməyəcəklərini bildirmişdilər.

"Saziş İranın nüvə silahı istehsal etməsinin qarşısını alır, lakin onu məsələn, Pakistandan və Şimali Koreyadan almasına mane olmur.Bu sazişlə heç cür bunun qarşısını almaq mümkün olmayacaq." — deyə Rorabaker müzakirələrin sonunda jurnalistlərə bildirib.

"Bu saziş yaxşı deyil. Uzunmüddətli perspektivdə bu sülhü möhkəmlətməyə qadir deyil." — deyə Rorabaker əlavə edib. O, həmçinin vurğulayıb ki, indi ABŞ-ın İranın molla rejimi ilə mübarizə aparmaq və bu ölkədə demokratiya və insan hüquqlarının tərəfdarı olan qüvvələri dəstəkləmək imkanları məhdudlaşıb. Konqresmenin fikrincə, məhz İrandakı molla rejimi dünyadakı sülhə təhlükə yaradır.

Bazar ertəsi BMT-nin Təhlükəsizlik Şurası İranın nüvə proqramına beynəlxalq nəzarətin həyata keçirilməsi, onun dinc məqsədlər üçün istifadəsi və İranın nüvə silahı yaratmaması barədə qətnamə qəbul edib. İran və "altılıq" (BMT-nin Təhlükəsizlik Şurasının 5 üzvü və Almaniya) ölkələrinin 20 aylıq danışıqlardan sonra iyulun 14-də Vyanada qəbul etdiyi sənəd baxılmaq üçün ABŞ-ın Təhlükəsizlik Şurasındakı nümayəndə heyətinə təqdim edilib. 

İyulun 20-dən etibarən ABŞ Konqressinin sənədə münasibətini bildirmək üçün 60 gün vaxtı var. Senat və Nümayəndələr Palatasında 2/3 səs çoxluğu ilə qəbul edilmədiyi və fikir ayrılığı olduğu halda ABŞ prezidentinin Konqresin qərarına veto qoymaq hüququ var.

Teqlər:
Beynəlxalq altılıq, Böyük altılıq, nüvə anlaşması, İran ilə ABŞ, Con Kerri, Ceykob Lyun, Ernest Monis, Dan Rorabaker, İran İslam Respublikası, İran

Əsas mövzular