12:56 25 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
XƏBƏRLƏR
Qısa URL
İran nüvə razılaşması (13)
2611

Şahzadə Bəndər bin Sultan: İran bölgənin sabitliyini pozur.

BAKI, 16 iyul – Sputnik. Səudiyyə Ərəbistanının keçmiş kəşfiyyat rəhbəri və ABŞ-dakı səfiri Şahzadə Bəndər bin Sultan, İran-Qərb razılığının Yaxın Şərqdəki vəziyyəti alt-üst edəcəyini deyib.

Sputnik xəbər verir ki, bu barədə Şahzadə Livanda ingilis dilində yayımlanan Daily Star qəzetinə müsahibəində deyib. 

O, Yaxın Şərqin təhlükəli bir dövrdən keçdiyinə diqqət çəkib. Bəndər bin Sultan İranın bölgənin sabitliyini pozduğunu iddia edib. 

Şahzadə uzun illər öncə Şimali Koreya ilə əldə olunan razılığın uğursuz nəticəsini misal çəkərək, eyni ssenarinin İranda da təkrarlana biləcəyini söyləyib. 

“Biz bugün artıq görə bilirik ki, Şimali Koreya nüvə silahına sahib bir dövlətdir. Halbuki, Pxenyan rəhbərliyi illər öncə Qərblə imzaladığı sazişdə nüvə proqramından sadəcə enerji məqsədi ilə istifadə edəcəyini demişdi. Eyni ssenari İranla da yaşana bilər” — deyə şahzadə qeyd edib. 

Bəndər bin Sultan Səudiyyə Ərəbistan kralı Salman bin Əbdüləzizin qardaşı oğludur. O, 1983-2012-ci illər arasında ölkəsinin ABŞ-dakı səfiri, 2012-2014-cü illər arasında isə Milli Kəşfiyyat rəhbəri vəzifəsini icra etmişdi.


Mövzu:
İran nüvə razılaşması (13)

Əsas mövzular