17:56 26 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
XƏBƏRLƏR
Qısa URL
10601

I ixtisas qrupu üzrə 7, IV ixtisas qrupu üzrə isə 2 abituriyent 700 bal toplayıb.

BAKI, 16 iyul — Sputnik. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyulun 14-də ali təhsil müəssisələrinə cari ilin məzunları üçün I və IV ixtisas qrupları üzrə keçirdiyi qəbul imtahanının nəticələrini açıqlayıb.

TQDK-dan Sputnikə verilən məlumata görə, imtahanda iştirak edən abituriyentlər TQDK-nın internet saytına daxil olaraq nəticələr və cavab kartının qrafik təsviri ilə tanış ola bilərlər.

Abituriyentlər imtahan nəticələrini həmçinin mobil telefonla iş nömrələrini 7727-yə sms göndərməklə öyrənə bilərlər.

Nəticələrə əsasən, imtahanda iştirak etmək üçün sənəd vermiş 26928 abituriyentdən 1598 nəfəri imtahana gəlməyib. İmtahanda iştirak edən 25330 abituriyentdən 7 nəfəri imtahan qaydalarını pozduğu üçün nəticələri ləğv edilib. TQDK-nın internet saytında imtahanda iştirak edən 25323 abituriyentin imtahan nəticələri yerləşdirilib.

İmtahanda I ixtisas qrupu üzrə 7, IV ixtisas qrupu üzrə isə 2 abituriyent ona təqdim olunmuş bütün test tapşırıqlarına düzgün cavab verib və maksimum nəticə — 700 bal toplayıb.

İxtisas seçimi qəbul imtahanları başa çatdıqdan sonra bütün ixtisas qrupları üzrə iyulun 30-dan avqustun 11-dək aparılacaq.

Teqlər:
tələbə, abituriyent, IV qrupun cavabları, I qrupun cavabları, imtahanların cavabları, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası, TQDK, Azərbaycan

Əsas mövzular