17:11 03 İyun 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
XƏBƏRLƏR
Qısa URL
2211

O, dövlətə məxsus torpağın qanunsuz istifadəsi və sahibkarlıq fəaliyyətini himayə etməsi müqabilində rüşvət tələb etməkdə günahlandırılır.

BAKI, 16 iyul — Sputnik. Qardabani bələdiyyəsinin "Gürcü arzusu" partiyasından olan azərbaycanlı deputatı Şair Səfərov 2000 lari (16.07 tarixli məzənnə — 919, 4 manat) məbləğində rüşvət almaqda günahlandırılıb.

Sputnik "Qruziya-Online"-yə istinadən xəbər verir ki, bu barədə Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidməti xəbər yayıb. 

İstintaq Xidmətinin məlumatına görə, günahlandırılan şəxs dövlətə məxsus torpağın qanunsuz istifadəsi və sahibkarlıq fəaliyyətini himayə etməsi müqabilində rüşvət tələb edib və vətəndaşlardan 2 000 lari pul alıb. 

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 338-ci maddəsi ilə cinayət işi açılıb. Günahlandırılan şəxsi 6 ildən 9 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir.

Teqlər:
rüşvət alma, rüşvət, Gürcüstan Maliyyə Nazirliyi, Gürcü arzusu partiyası, Şair Səfərov, Qardabani, Gürcüstan

Əsas mövzular