21:36 29 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
XƏBƏRLƏR
Qısa URL
İran nüvə razılaşması (13)
7510

Sülhəddin Əkbər: Azərbaycan neftinə olan maraq ikinci plana keçib.

BAKI, 16 iyul – Sputnik. İranla Qərb arasında əldə olunan razılaşma dünya və bölgə üçün yaxşı, Azərbaycan üçünsə arzuolunmazdır. 

Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər İranla “Altılıq” ölkələri arasında nüvə proqramına dair əldə olunan razılaşma ilə bağlı Sputnik-ə şərh verərkən belə deyib. 

Sözügedən razılaşmanın Azərbaycanın neft bazarına təsirini şərh edən Əkbərov deyib: “Nəzərə almaq lazımdır ki, “Nəzərə almaq lazımdır ki, İran təbii ehtiyyatlarının zənginliyinə görə dünyada Rusiyadan sonra 2-ci yerdədir. Qərbi bölgəyə cəlb edən də məhz bu faktordur. Ona görə də hazırki vəziyyətdə, Azərbaycan neftinə olan maraq ikinci plana keçib. Kiçik həcmdə təbii ehtiyatları olan bir ölkə üçün bu arzuolumaz haldır”

Sülhəddin Əkbər
ADP
Sülhəddin Əkbər

Partiya sədri sonda bildirib ki, İranın nüvə danışıqlarına dair Qərb ölkələri ilə yekun sənəd imzalansa da münasibətlərin gələcəyi hələlik tam aydın deyil. Ona görə bir qədər gözləmək lazımdır. 

Kiçik həcmdə təbii ehtiyatları olan bir ölkə üçün bu arzuolumaz haldır.”

Partiya sədri həmçinin deyib ki, İranın nüvə danışıqlarına dair Qərb ölkələri ilə yekun sənəd imzalansa da, münasibətlərin gələcəyi hələlik tam aydın deyil. Ona görə bir qədər gözləmək lazımdır. 

Uzun müddətdir ki, beynəlxalq aləmin sanksiyalarından əziyyət çəkən, bu səbəblə iqtisadiyyatı, o cümlədən neft sənayesi ciddi zərər görən İranda artıq yeni dövr başlayır. Yekun nüvə sazişinin imzalanmasından sonra, dünyadan təcrid olunan cəmiyyət öz normal axarına dönməyə başlayacaq. 

Sanksiyaların aradan qalxmasından sonra artıq bir çox Avropa, o cümlədən, ABŞ şirkətləri İranın neft sektoruna ciddi yatırımlar qoymaq üçün danışıqlara başlayıb. 


Mövzu:
İran nüvə razılaşması (13)
Teqlər:
Altılıq ölkələri, İranla Qərb, Sülhəddin Əkbər, İran İslam Respublikası, İran, Azərbaycan

Əsas mövzular