18:40 29 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
XƏBƏRLƏR
Qısa URL
6701

Yasamalda “Komtec LTD” şirkətinə məxsus “Milli Ön” ödəmə terminalından 2290 manat məbləğində pul oğurlanıb.

BAKI, 16 iyul — Sputnik. Bakıda “Komtec LTD” şirkətinə məxsus “Milli Ön” ödəmə terminalından pul oğurlayan dörd nəfər polis tərəfindən saxlanılıb.

Sputnik APA-ya istinadən xəbər verir ki, hadisə Yasamal rayonu Nəriman Nərimanov prospekti 206 ünvanında qeydə alınıb.

Bir qrup şəxs  “Milli Ön” ödəmə terminalından 2290 manat məbləğində oğurluq edilib. 

Həyata keçirilən əməliyyat tədbirləri nəticəsində oğurluq hadisəsini törədən şəxslər, 1987-ci il təvəllüdlü Rəşad Məlikov, 1990-cı il təvəllüdlü Amid Əliyev, 1990-cı il təvəllüdlü Nahid Bağıyev, 1992-ci il təvəllüdlü Elmar Məmmədov tutulub.

Hazırda faktla bağlı əməliyyat tədbirləri davam etdirilir.

Teqlər:
MilliÖn, Baku paypoint, paypoint, Milliön terminal, pul uğurluğu, Oğurluq, Milli Ön, Azərbaycan

Əsas mövzular