08:50 05 Dekabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
XƏBƏRLƏR
Qısa URL
İran nüvə razılaşması (13)
54 0 0

Barak Obama İranla əldə olunan razılaşmayla bağlı İsrailin könlünü almağa çalışsa da, buna nail ola bilməyib.

BAKI, 16 iyul – Sputnik. Amerika Birləşmiş Ştatları prezidenti Barak Obama İranla imzalanan tarixi sazişə İsrailin sərt reaksiya göstərməsindən sonra Baş nazir Benyamin Netanyahu ilə telefonda danışıb.

Sputnik xəbər verir ki, bu barədə Ağ Evin rəsmi saytında bildirilib. 

Ağ Ev rəhbəri razılaşma ilə bağlı İsrailə məlumat verib və rəsmi Təl-Əvivin narahatlıqlarını aradan qaldırmağa çalışıb. Obama razılaşmanın İranın nüvə silahı əldə etməsinə maneə törədəcəyini vurğulayıb. 

Netanyahu isə əksinə, razılaşmanın İranın nüvə silahı istehsalına əngəl ola bilməyəcəyini və əldə olunan razılaşmadan gələn milyardlarla dolların terrora dəstəyə yönələcəyini söyləyib.

İsrail Təhlükəsizlik Kabineti müqaviləni yekdilliklə rədd edib. 


Mövzu:
İran nüvə razılaşması (13)
Teqlər:
Netanyahu, Barak Obama, Benyamin Netanyahu

Əsas mövzular