10:13 18 Oktyabr 2018
Canlı yayım
  • RUB0.0259
  • USD1.7000
  • EUR1.9550
Məsciddə namaz

Finlandiyada möhtəşəm məscid tikiləcək

scwra.gov.az
XƏBƏRLƏR
Qısa URL
14 0 0

Helsinki məscidinin tikinti xərclərini Bəhreyn Krallığı ödəyəcək.

BAKI, 15 iyul – Sputnik. Finlandiyada yaşayan müsəlmanlar paytaxt Helsinkidə böyük bir məscid tikilməsi üçün aktiv fəaliyyətə başlayıblar. 

Sputnik Türkiyə mediasına istinadən xəbər verir ki, bunun üçün müsəlman icma rəhbərləri Helsinki şəhər rəhbərliyinə layihə təqdim ediblər.

Finlandiya dövlət televiziyasına açıqlama verən müsəlman mədəniyyət və din forumunun rəhbəri İlari Rantakari deyib ki, məscidin tikinti xərclərini Bəhreyn Krallığı ödəyəcək. 

Məscidin tamamlanmasının 100 milyon dollara başa gələcəyi və paytaxtın əsas görüntü simvollarından olacağı ehtimal edilir. 


Əsas mövzular