21:21 25 Fevral 2018
Canlı yayım
XƏBƏRLƏR

İraqda temperatur 50 dərəcəyə çatıb

XƏBƏRLƏR
Qısa URL
1001

İraq hökuməti rekord istilər səbəbindən 16 iyulu qeyri-iş günü elan edib.

BAKI, 15 iyul — Sputnik. İraq hökuməti iyulun 16-nı rekord istilər səbəbindən rəsmən qeyri-iş günü elan edib.

Sputnik RİA Novosti'yə istinadən xəbər verir ki, İraq hökumətinin rəsmi internet səhifəsində 16 iyul 2015-ci il tarixdə İraqın bəzi əyalətlərində havanın hərarətinin rekord səviyyəyə — 50 dərəcəyə çatacağı qeyd olunub. Bu səbəbdən ölkənin Nazirlər Şurasının Baş katibliyi 16 iyulu qeyri-iş günü elan edib.

Nazirlər Şurasının sədr müavini Həsən əl-Canabinin sözlərinə görə, bu qərar bank və hüquq-mühafizə orqanları istisna olmaqla, bütün dövlət müəssisələrinə şamil olunur.

İraq artıq iki gündür ki, 50 dərəcə istidən əziyyət çəkir. Hərarətin cümə və şənbə günləri  tədricən aşağı düşəcəyi gözlənilir.

Teqlər:
rekord istilər, isti havalar

Əsas mövzular