13:32 25 Fevral 2018
Canlı yayım
Arsen Baqdaseryan

Erməni kəşfiyyatçısı 15 il azadlıqdan məhrum edildi

trend.az
XƏBƏRLƏR
Qısa URL
1001

Cəza onun saxlanıldığı gündən, ötən il dekabrın 26-dan hesablanıb.

BAKI, 15 iyul – Sputnik. Bu gün cəbhənin Ağdam rayonu istiqamətində qoşunların təmas xəttini ötən il dekabrın 26-da keçən erməni kəşfiyyatçı Arsen Baqdasaryanın cinayət işi üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsinin çıxardığı hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə baxışı keçirilib.

Hakim Teyyub Muxtarovun sədrlik etdiyi qapalı prosesdə yekun qərar qəbul edilib. Bildirilib ki, Baqdasaryan Azərbaycan cinayət məcəlləsinin 11-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunub. Həmin maddələrdən 8 maddə xüsusi ilə ağır cinayətlər kateqoriyasına, 3 maddə isə ağır cinayətlər kateqoriyasına aid olub. 

İşin bütün hallarını nəzərə alan və araşdıran məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən qüvvədə saxlanması, eyni zamanda apellyasiya şikayətinin təmin edilməməsinə dair qərar qəbul edib. 

Arsen Baqdasaryan Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 15 il müddətinə azadlıqdan məhrum edilib. Cəza onun saxlanıldığı gündən, ötən il dekabrın 26-dan hesablanıb.


Əsas mövzular