10:42 23 Fevral 2018
Canlı yayım
Əhməd Davudoğlu və Səlahəttin Dəmirtaş

AKP HDP ilə koalisiya qura bilər

aljazeera.com.tr
XƏBƏRLƏR
Qısa URL
11 0 0

Türkiyənin baş naziri Əhməd Davudoğlu HDP həmsədrləri ilə keçirdiyi görüşdən sonra kürd partiya ilə koalisiya qura biləcəklərini deyib.

BAKI, 15 iyul – Sputnik. Koalisiya hökumətini qurmaq üçün Türkiyənin baş naziri Əhməd Davudoğlu üçüncü və sonuncu rəsmi görüşünü Xalqların Demokratik Partiyasının (HDP) həmsədrləri Səlahəttin Dəmirtaş və Firgen Yüksəkdağla keçirib.

Sputnik xəbər verir ki, 1 saat 58 dəqiqə çəkən görüş HDP-nin qərargahında baş tutub. Görüşdən sonra jurnalistlərə açıqlama verən Davudoğlu deyib ki, HDP ilə koalisiya hökumətinin formalaşdırılmasını istisna etmir.

İyulun 13-də AKP lideri Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıcdaroğlu, iyulun 14-də isə Milliyyətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Bağçalı ilə görüşüb.

Birinci görüşdə partiya sədrləri yeni hökumətin qurulması ilə bağlı öz şərtlərini irəli sürüb.

MHP lideri koalisiya hökumətində iştirak etməyəcəklərini ilk görüşdə açıq şəkildə bildirib.

Ramazan bayramından sonrakı ikinci turdakı görüş koalisiya qurmaq ehtimalı ən çox olan siyasi partiya lideri ilə keçiriləcək.

Avqustun 23-dək hökumət qurulmalıdır. Əks halda növbədənkənar parlament seçkiləri keçiriləcək. 


Teqlər:
MHP, HDP, AKP, Dövlət Bağçalı, Kamal Kılıcdaroğlu, Firgen Yüksəkdağ, Səlahəttin Dəmirtaş, Əhməd Davudoğlu, Türkiyə

Əsas mövzular