BAKI, 15 iyul — Sputnik. Bundan sonra İran "dünya üçün təhlükə" adlandırılmayacaq. İran İslam Respublikasının prezidenti Həsən Ruhani İranla "Altılıq" ölkələri arasında ötən gün bağlanan sazişi dəyərləndirərkən belə deyib.
Sputnik İran televiziyasının məlumatına istinadən xəbər verir ki, Ruhani nüvə proqramı sazişini İran dövlətinin siyasi qələbəsi adlandırıb.
"Heç kəs İranın danışıqlarda təslim olduğunu deyə bilməz. Əldə olunan Saziş İranın qanuni, texniki və siyasi qələbəsidir. Bundan sonra İran "dünya üçün təhlükə" adlandırılmayacaq, bu bizim üçün böyük nailiyyətdir” — deyə İran prezidenti bildirib.
İyulun 15-də Vyanada İranla "Altılıq" ölkələri arasında İranın nüvə proqramı ilə bağlı saziş imzalanıb.