13:28 23 Sentyabr 2018
Canlı yayım
  • RUB0.0256
  • USD1.7000
  • EUR2.0024
Bazar

Yarmarkaların bərpası üçün BŞİH-lə danışıqlar aparılır

vnd12.ru
XƏBƏRLƏR
Qısa URL
4601

Bazarların yeni ünvanları barədə əhaliyə məlumat veriləcək.

BAKI, 15 iyul-Sputnik. Bakı şəhərində fəaliyyəti dayandırılan kənd təsərrüfatı yarmarkaları yaxın vaxtlarda fəaliyyətini yenidən bərpa edəcək.

Bu barədə Sputnik-ə Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev məlumat verib.

Onun sözlərinə görə, hazırda  kənd təsərrüfatı yarmarkalarının yenidən fəaliyyətinin bərpa edilməsi ilə bağlı olaraq Kənd Təsərrüfatı Nazirliyi ilə Bakı Şəhər İcra Hakimiyyəti arasında danışıqlar gedir: “Danışıqlar əsasən Bakı şəhərində kənd təsərrüfatı yarmarkası üçün müvafiq yerlərin ayrılması ilə bağlıdır. Yarmarkalar üçün yeni ünvan və yerlər barədə razılıq əldə olunduqdan sonra ictimaiyyət məlumatlandırılacaq. Biz yeni ünvanlar barədə cəmiyyəti məlumatlandıracayıq.”

Birinci Avropa Oyunları ərəfəsində Bakı şəhərində fəaliyyət göstərən kənd təsərrüfatı yarmarkalarının fəaliyyəti qeyri-müəyyən müddətə dayandırılıb. Bu yarmarkalarda qiymətlər digər bazar və ticarət obyektlərindən fərqli olaraq ucuz olduğundan şəhərin aztəminatlı ailələri daha çox bu yarmarkalardan alış-veriş etməyə üstünlük verirdi. Bu yarmarkaların bağlanması isə paytaxt sakinləri arasında narahatçılığa səbəb olub.

 

 

Teqlər:
kənd təsərrüfatı yarmarkaları, yarmarka, bazar, Kənd Təsərrüfatı Nazirliyi, Murtuzəli Hacıyev, Bakı, Azərbaycan

Əsas mövzular