03:50 25 Fevral 2018
Canlı yayım
AZAL

Təyyarə biletlərinin qiymətləri endirilməyib

© Flickr/
XƏBƏRLƏR
Qısa URL
19601

Turizm şirkətləri AZAL-ın prezidentin göstərişinə əməl etməsini gözləyirlər

BAKI, 15 iyul – Sputnik. AZAL (“Azərbaycan Hava Yolları” QSC – red.) təyyarə biletlərinin qiymət tariflərini endirməyib. Tariflərdə heç bir dəyişikliklik yoxdur, hər şey əvvəlki kimi qalır. “Rest Travel” turizm şirkətinin direktoru Fuad Həsənov Sputnik-ə verdiyi açıqlamada belə deyib. 

O həmçinin bildirib ki, yaxın vaxtlarda aviabiletlərin qiymətlərində endirim olacağını gözləyirlər.

“Turizm şirkətləri üçün bu çox vacibdir. Biz dövlət başçısının tapşırığına əsasən yeni tariflər barədə qərarın verilməsini gözləyirik”, – deyə Həsənov bildirib.

Yerli mətbuat AZAL-ın Bakı-İstanbul aviareysinə biletin qiymətinin 90 dollara endirildiyi barədə təsdilənməmiş məlumat yayıb.    

AZAL-ın vitse-prezidenti Sabir İlyasov fins.az-a bildirib ki, qiymətlərin endirilməsilə bağlı konkret yenilik yoxdur. Hazırda biletlərin ucuzlaşdırılması ilə bağlı məsələ müzakirə olunur.

Prezident İlham Əliyev Nazirlər Kabinetinin bu ilin 6 ayının yekunlarına həsr olunmuş iclasında AZAL-ın təyyarə biletlərinin baha olmasına toxunmuşdu: “Aviabiletlərin qiyməti bəzi hallarda süni şəkildə qaldırılır. Sual olunur: nəyə görə? Nə üçün? Yüksək xidmət göstərilir. Mən bunu alqışlayıram. Doğrudan da bizim AZAL şirkətimiz yüksək xidmət göstərir. Bunu mənə AZAL-ın təyyarələri ilə gələnlər deyirlər. Mən bunu alqışlayıram. Ancaq Azərbaycan yanacağı xaricdən almır, özü istehsal edir. Başqa ölkələrə nisbətən ağ neft ucuz qiymətə verilir axı! Nə üçün qiymətlər bahadır?” 


Teqlər:
Bakı-İstanbul aviareysi, Bakı-İstanbul, Rest Travel, Azərbaycan Hava Yolları, AZAL, Fuad Həsənov, Sabir İlyasov, Azərbaycan

Əsas mövzular