09:03 19 İyun 2018
Canlı yayım
  • RUB0.0272
  • USD1.7000
  • EUR2.0067
XƏBƏRLƏR

İran Azərbaycanla birgə enerji layihələri barədə danışıq aparır

XƏBƏRLƏR
Qısa URL
1201

İran səfiri Möhsün Pakayin: Azərbaycanın həyata keçirdiyi TAP və TANAP layihələri ölkəmiz üçün cəlbedicidir.

BAKI, 15 iyul – Sputnik. İran Azərbaycanla birgə enerji  layihələrinin reallaşdırılması barədə danışıqlar aparır.

Sputnik əməkdaşının verdiyi məlumata görə, bu barədə jurnalistlərə İranın Azərbaycandakı səfiri Möhsün Pakayin bildirib.

“İran qaz ehtiyatlarına görə dünyada ikinci yeri tutur və bu səbəbdən müxtəlif enerji layihələrinin həyata keçirilməsində  maraqlıdır. Bu mənada Azərbaycanın həyata keçirdiyi TAP və TANAP layihələri ölkəmiz üçün cəlbedicidir. Hal-hazırda İranın milli neft şirkəti və SOCAR arasında bu barədə danışıqlar aparılır” — deyə səfir bildirib.

Pakayin əlavə olaraq qeyd edib ki, danışıqları davam etdirmək üçün İranın milli neft şırkətinin vitse-prezidenti Bakıya səfər edəcək.

Səfirin sözlərinə görə, qeyd edilmiş layihələrin 2018-ci ildən sonra işə salınacağı nəzərə alınsa,  deməli, daha effektiv qərarların qəbulu üçün xeyli vaxt var.

Əsas mövzular