06:08 18 İyun 2018
Canlı yayım
  • RUB0.0272
  • USD1.7000
  • EUR2.0067
tqdk

TQDK minimum keçid balını açıqladı

tqdk.gov.az
XƏBƏRLƏR
Qısa URL
44121

Müsabiqədə ümumi balı 200-dən və bir fənn üzrə minimal balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər.

BAKI, 15 iyul – Sputnik. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) bəyan edib ki, ali məktəbələrə qəbul imtahanlarının nəticələri bəlli olandan sonra I, II, III və IV ixtisas qrupları üzrə müsabiqədə ümumi balı 200-dən və bir fənn üzrə minimal balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər.

TQDK-dan bildirilib ki, ümumi balı 350 və daha çox olan abituriyentlərin müsabiqəyə buraxılmaları üçün onların fənlər üzrə cavablarına nisbi bal məhdudiyyəti tətbiq olunmur.

Kənd təsərrüfatı ixtisaslarının müsabiqəsinə ümumi balı 150-dən az olmayan abituriyentlər buraxılırlar. Bu zaman abituriyentin fənlər üzrə cavablarına nisbi bal məhdudiyyəti tətbiq edilmir.

Bakı İslam Universitetinin ixtisasları üzrə müsabiqədə ümumi balı 100-dən az olmayan abituriyentlər (onların fənlər üzrə cavablarına nisbi bal məhdudiyyəti tətbiq edilmir) iştirak edirlər.

Teqlər:
abituriyentlər, tələbə, abituiyent, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası, TQDK, Azərbaycan

Əsas mövzular