09:49 05 Dekabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
XƏBƏRLƏR
Qısa URL
İran nüvə razılaşması (13)
7421

ABŞ prezidenti onlar üçün İsrailin təhlükəsizliyinin daha vacib olduğunu deyib.

BAKI, 14 iyul — Sputnik. İranın nüvə problemi ilə bağlı əldə olunmuş razılaşma Tehranla əlaqəli bütün məsələləri həll etmir.

Sputnik xəbər verir ki, ABŞ prezidenti Barak Obama Ağ Evdə İranın nüvə proqramı ilə bağlı Vyanada əldə olunmuş razılığı dəyərləndirərkən belə deyib. 

Ağ Ev-in rəsmi saytında yayınlanan videomüraciətində Obama Yaxın Şərqdəki tərəfdaşların, o cümlədən İsrail və körfəz ölkələrinin İranın terrorçuluğu dəstəkləməsi ilə bağlı narahatlığını bölüşdüyünü deyib. O, həmçinin qeyd edib ki, Vaşinqton Tehrana qarşı sanksiyaları qüvvədə saxlayacaq. Onun sözlərinə görə, həmin sanksiyalar insan haqlarının pozulması və ballistik raketlərin hazırlanması proqramı ilə bağlıdır ki, bu problem də hələ həllini tapmayıb.  

Barak Obama Ağ Evin İsrailin təhlükəsizliyinin qorunmasına önəm verdiklərini və bu istiqamətdə səylərini davam etdirdiklərini bildirib.

Mövzu:
İran nüvə razılaşması (13)

Əsas mövzular