21:46 16 Oktyabr 2018
Canlı yayım
  • RUB0.0259
  • USD1.7000
  • EUR1.9673
Sylvester Stallone

Vaxtilə küçədə yatan məşhurlar

latino-review.com
XƏBƏRLƏR
Qısa URL
10811

"Ceyms Bond" parkda yatırdı, Rembo isə üç həftə avtobus dayanacağında gecələmişdi.

BAKI, 13 iyul – Sputnik. Yəqin ki, bir çoxlarımız məşhur insanların bütün ömürləri boyunca rahat yaşadıqlarını düşünürük. Ancaq bu gün dünya səviyyəsində tanınan elə məşhurlar var ki, vaxtilə yatmağa belə yerləri olmayıb. Biz sizə onlardan bəzilərini təqdim edirik. 

1. Sylvester Stallone

Uşaqlıq dövrü olduqca çətin keçib. Sonralar Rembo, Rokki kimi obrazlarla milyonların könlünü fəth etmiş bu oglan, kasıb ailədən olduğu üçün erkən yaşda fərqli yerlərdə işləməyə məcbur qalıb. Dələduzluğa görə bir neçə ay həbs həyatı da yaşayıb. Həbsxanadan çıxdıqdan sonra 3 həftə avtobus dayanacağında gecələyib. Öz ayaqları üstündə dayanana qədər porno film aktyorluğu da daxil olmaqla bir çox fərqli yol sınayıb. Bugün isə o, dünyanın tanınmış, əfsanə aktyorlarındandır.

Sylvester Stallone
entertainment.ie
Sylvester Stallone

2. Daniel Craig

Onu dünyanın ən tanınmış agenti halına gətirən James Bond rolunu oynamadan öncə Daniel Craig parklarda yatır və xeyli çətin zamanlar keçirirdi.

Daniel Craig
motherjones.com
Daniel Craig

3. Halle Berry

Pulu tamamilə qurtarmasına baxmayaraq, arzuladığı yerə çatmaq üçün New Yorkda qalmağa davam edib. Bu əsnada uzun müddət sığınacaqlarda evsizlərlə birlikdə yaşayıb.

Halle Berry
dailymail.co.uk
Halle Berry

4. Kelly Clarkson

Texasdan Los Angeles-ə köçdüyü ilk gün evi yandı. Şəhərdə heç kəsi tanımadığı üçün uzun müddət avtomobildə yaşadı. 2002-ci ildə məşhur səs yarışması "American Idol" da birinci yerə çıxdı və ilk albomunu çıxardı.

Kelly Clarkson
scoopnest.com
Kelly Clarkson

Əsas mövzular