06:43 22 İyul 2018
Canlı yayım
  • RUB0.0267
  • USD1.7000
  • EUR1.9828
XƏBƏRLƏR

Elxan Şahinoğlu: Ən real koalisiya AKP-MHP arasında ola bilər

XƏBƏRLƏR
Qısa URL
4501

Politoloq: Türkiyədəki koalisiya danışıqlarının uğurlu olacağına inanmıram

BAKI, 13 iyul-Sputnik. Bu gündən etibarən Türkiyənin baş naziri Əhməd Davudoğlu koalisiya hökumətinin qurulması ilə bağlı siyasi partiyalarla rəsmi danışıqlara başlayır. 

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bu danışıqların nə ilə nəticələnəcəyinə dair proqnozları Sputnik-lə bölüşüb: “Koalisiya hökumətinin qurulması ilə bağlı tərəflərin irəli sürdüyü təkliflər kifayət qədər ağırdır. Əgər nəticə uğursuz olarsa, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan hökuməti qurmaq üçün mandatı seçkidə qalib gələn ikinci partiyaya verə bilər və bunun da uğurlu olacağına inanmıram.”

 politoloq Elxan Şahinoğlu \ Политолог Эльхан Шахиноглы
sputnik.az
politoloq Elxan Şahinoğlu \ Политолог Эльхан Шахиноглы

Politoloq hesab edir ki, əslində Ərdoğan koalisiyanın qurulmasında maraqlı deyil və bunu onun bəyanatlarından da görmək olar: “ O, daha çox vaxtından əvvəl seçkilərin keçirilməsində maraqlıdır. Hesab edir ki, yenidən seçki keçirilərsə, o zaman, AKP daha çox səs toplayacaq və yekunda təkbaşına hökuməti quracaq. Belə olan təqdirdə, konstitusiyada nəzərdə tutulan dəyişikliklərlə bağlı referendumun da keçirilməsinə nail ola biləcəklər. Ona görə də prezident koalisiyanın qurulmasında maraqlı görünmür.”

Politoloq bildirib ki, hələ vaxta 45 gün var və nəticədə hər hansı koalisiyanın qurulması istisna deyil. “Ən real koalisiya AKP-MHP arasında ola bilər. Çünki bu hər iki partiya sağçıdır və bir sıra məsələlərdə mövqeləri üst-üstə düşür” — deyə Şahinoğlu vurğulayıb.

Politoloqun fikrincə, qurulan koalisiya uzunmüddətli olmayacaq: “Türkiyənin son 20-30 illik tarixində elə bir koalisiya olmayıb ki, o, sonadək uğurlu fəaliyyət göstərsin və üzərinə düşən missiyanı yerinə yetirsin.”

Vaxtından öncə seçkilərə gəldikdə isə politoloq düşünür ki, siyasi partiyalar vaxtından əvvəl seçkilərin keçirilməsində maraqlı görünmürlər. “Artıq insanlar yorulublar. Həm də partiyaların bu dəfə seçkidən necə çıxacağı bəlli deyil. Ötən seçkidəki kimi yeni sürprizlər ola bilər. Necə ki, heç kimin gözləmədiyi halda HDP seçkidə böyük uğur əldə etdi və 13% səs topladı.” – deyə Şahinoğlu əlavə edib.

 

Əsas mövzular