15:22 23 İyul 2018
Canlı yayım
  • RUB0.0268
  • USD1.7000
  • EUR1.9947
ATƏT

Həmsədrlər Rusiya XİN-də görüş keçiriblər

twitter.com
XƏBƏRLƏR
Qısa URL
401

Görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı müzakirə aparılıb.

BAKI, 13 iyul — Sputnik. Moskvada ATƏT-in Minsk Qrupunun həmsədrləri İqor Popov (Rusiya), Ceyms Uorlik (ABŞ) və Pyer Andrienin (Fransa) Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasinlə görüşü keçirilib. 

Sputnik xəbər verir ki, bu barədə APA-nın Moskva müxbirinə Rusiya Xarici İşlər Nazirliyindən məlumat verilib. 

Nazirlikdən bildirilib ki, görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı müzakirə aparılıb. Görüşün yekunlarına dair gün ərzində mətbuat üçün məlumat yayılacaq.

İyulun 20-21-də həmsədrlərin bölgəyə növbəti səfəri planlaşdırılıb. İyulun 20-də həmsədrlər Ermənistana, 21-də isə Azərbaycana səfər edəcəklər. Səfərin əsas məqsədi Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşünü hazırlamaqdır.

Əsas mövzular