00:22 16 Oktyabr 2018
Canlı yayım
  • RUB0.0257
  • USD1.7000
  • EUR1.9635
Флаг Греции

Yunanıstana 3 ildə 86 milyard avro ayrılacaq

ria.ru
XƏBƏRLƏR
Qısa URL
501

Merkel bildirib ki, avrozonaya daxil olan ölkələr Yunanıstanın borc yükünü yüngülləşdirməyə hazır olsalar da, borcun silinməsindən söhbət getmir.

BAKI, 13 iyul — Sputnik. Yunanıstana yardım proqramı 3 il ərzində 86 mlrd. avronun ayrılmasını nəzərdə tutur.

Sputnik ZDF-ə istinadən xəbər verir ki, bu barədə bəyanatı Almaniya kansleri Angela Merkel avrozona ölkələri liderlərinin Brüsseldə keçirilən sammitindən sonra keçirdiyi brifinqdə verib. Merkel bildirib ki, avrozonaya daxil olan ölkələr Yunanıstanın borclarını yüngülləşdirməyə hazır olsalar da, bu borcların ümumiyyətlə silinməsi müzakirə mövzusu deyil. "Yunanıstan banklarının yenidən kapitalla təmin olunması üçün 25 mlrd. avroya ehtiyac var. " — deyən kanslerin sözlərinə görə,  Yunanıstan parlamenti iyulun 15-dək ƏDV islahatı, Milli Statistika Agentliyinin yenidən qurulması və pensiya sistemində dəyişikliklərlə bağlı müvafiq qanunları qəbul etməlidir. Yalnız bundan sonra avrozona ölkələrinin milli parlamentlərində Yunanıstana üçüncü yardım proqramına dair səsvermə keçirilə bilər.

 

Əsas mövzular