09:29 20 Oktyabr 2018
Canlı yayım
  • RUB0.0259
  • USD1.7000
  • EUR1.9479
Çimərlik - çimmək qadağandır

FHN çimərliklərlə bağlı vətəndaşlara müraciət edib

meqafon
XƏBƏRLƏR
Qısa URL
31 0 0

Nazirlik vətəndaşlardan çimərliklərə gedərkən təhlükəsizlik qaydalarına ciddi riayət etməyi tələb edir.

BAKI, 13 iyul-Sputnik. Azərbaycanın Fövqəladə Hallar Nazirliyi çimərliklərlə bağlı təhlükəsizlik qaydaları ilə əlaqədar əhaliyə müraciət edib.

Sputnik FHN-nin rəsmi saytına istinadən xəbər verir ki, nazirlik vətəndaşlardan çimərliklərə gedərkən təhlükəsizlik qaydalarına ciddi riayət etməyi tələb edir.

Video müraciətdə deyilir ki, yayda çimərlikdə yaxşı vaxt keçirmək üçün hər birimiz təhlükəsizlik qaydalarını bilməliyik.

Çimərlikdə qadağandır:

nəzərdə tutulmamış ərazilərdə çimmək;

çimmə zonasının işarələnmiş sərhədlərindən kənara üzmək;

küləkli havada dənizə girmək;

çimərlikdə gecələmək;

sərxoş halda çimərlikdə olmaq;

suda kobud hərəkətlər etmək;

çimərlikdə balıq tutmaq;

xilasetmə texnikasından başqa digər qayıq və kiçik gəmilərlə çimərliyə daxil olmaq!

Yadda saxlayın:

Çimərlikdə uşaqlar nəzarətsiz qalmamalı, xəbərdaredici nişan və lövhələrin göstərişlərinə, xilasedicilərin çağırış və tələblərinə sözsüz əməl edilməlidir! 

Qızmar günəş altında fasiləsiz dayanmaq, hava qaraldıqdan sonra suya daxil olmaq təhlükəlidir!

Çimərliklərdə istirahət saat 900-dan 2100-dək daha təhlükəsizdir!

Unutmayın: Qaydalara biganəlik — həyatımıza təhlükədir! 

Təhlükə zamanı 112-yə zəng edin!

Teqlər:
çimərlik, Fövqəladə Hallar Nazirliyi, FHN, Azərbaycan

Əsas mövzular