09:35 17 İyul 2018
Canlı yayım
  • RUB0.0272
  • USD1.7000
  • EUR1.9874
Sputnik вышел на орбиту: МИА Россия сегодня запустило новый проект

Dmitri Kiselyov: Agentliyin hesabının bağlanması birbaşa senzuradır

© RIA Novosti.
XƏBƏRLƏR
Qısa URL
64031

“Rossiya seqodnya” BİA-nın Baş direktoru: Necə demək olar ki, Böyük Britaniyada mətbuat azadlığı və demokratiya mövcuddur?!

BAKI, 13 iyul-Sputnik. “Rossiya seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin Böyük Britaniyadakı maliyyə bank hesablarının bağlanması jurnalistlərin fəaliyyətinə birbaşa maneədir.

Sputnik RİA-Novosti-yə istinadən xəbər verir ki, bunu “Rossiya seqodnya” BİA-nın Baş direktoru Dmitri Kiselyov rəhbərlik etdiyi qurumun Böyük Britaniyanın “Barclay's” bankındakı hesabının bağlanmasına dair mövqeyini açıqlayarkən deyib.

“Aparıcı informasiya agentliyinin hesabının bağlanması birbaşa senzuradır və jurnalistlərin fəaliyyətinə birbaşa maneçilik törətmək deməkdir. Belə olan təqdirdə necə demək olar ki, Böyük Britaniyada mətbuat azadlığı və demokratiya mövcuddur?! Hansı ki, bu ölkədə dünyanın ən iri informasiya agentliklərindən birinin fəaliyyətinə imkan verilmir”, – deyə Kiselyov bildirib.

“Barclay's”ın təmsilçisi RİA Novosti-yə bəyan edib ki, “Rossiya seqodnya”nın bank hesabı bağlanıb və bank bununla bağlı lazımi sənədi göndərəcək. Ancaq agentliyin bank hesabının bağlanmasının konkret səbəbi açıqlanmır.

Bank sahəsindən daxil olan məlumatda bildirilir ki, Böyük Britaniya Dmitri Kiselyovu maliyyə sanksiyası tətbiq olunanlar siyahısına daxil edib. Agentliyin maliyyə hesablarına məhdudiyyət qoyulmasının da bu amillə bağlı olduğu istisna edilmir. Hal-hazırda agentliyin bank hesabı bağlıdır və giriş qadağan olunub.

Ancaq agentliyin bank hesabının bağlanması ilə bağlı quruma rəsmi məlumat daxil olmayıb.

Əsas mövzular