10:17 23 İyul 2018
Canlı yayım
  • RUB0.0268
  • USD1.7000
  • EUR1.9947
Tapançadan atəş

Fransada mağazaya silahlı basqın olub

CC0 / Military_Material / bullet
XƏBƏRLƏR
Qısa URL
8820

Xüsusi təyinatlılar mağazanın girov götürülən 18 əməkdaşını binadan evakuasiya edə bilib.

BAKI, 13 iyul — Sputnik. Fransanın Vilnev-la-Qaren şəhərindəki "Primark" mağazasına silahlı basqın olub. 

Sputnik-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, mağazaya soxulan bir neçə cinayətkar orada barrikadalar qurub.

Fransız xüsusi təyinatlıları mağazanın cinayətkar qrup tərəfindən girov götürülən 18 əməkdaşını evakuasiya ediblər. 

BFMTV-nin xəbərinə görə, xüsusi təyinatlılar mağazanın 18 əməkdaşını binadan çıxarmağa nail olsalar da, girov götürülənlərin hər hansı təzyiqə məruz qalıb-qalmadıqları barədə məlumat verilməyib. 

Vilnev-la-Garen şəhərinin  mərkəzində yerləşən Primark mağazasına hücum bu səhər Fransa vaxtı ilə saat 06.30-da olub. İndiyə qədər bu mağazanın telefonları bağlıdır. Daha əvvəl fransız KİV-i yerli hüquq-mühafizə orqanlarına istinadən xəbər vermişdi ki, səhər saat 7.00-da mağazanın əməkdaşlarından biri öz dostuna sms yazaraq iki silahlı kişi tərəfindən girov götürüldüyünü bildirib. 

Hələ ki, basqınçıların tələbləri məlum deyil. İlkin ehtimallara görə silahlı basqın qarət məqsədilə edilib.

Teqlər:
silahlı basqın, Vilnev-la-Qaren, Fransa

Əsas mövzular