04:06 23 Oktyabr 2018
Canlı yayım
  • RUB0.0259
  • USD1.7000
  • EUR1.9570
Ukrainian President Petro Poroshenko

Ukrayna hərbçiləri Poroşenkoya ultimatum veriblər

© Sputnik / Mikhail Palinchak
XƏBƏRLƏR
Qısa URL
3611

Onlar ordu sıralarından təxris olunmaları barədə qərar verilməsə, istənilən qərarı və əmri icra etməkdən boyun qaçıracaqlarını bildiriblər.

BAKI, 13 iyul-Sputnik. Hərbçilər Ukrayna prezidenti Pyotr Poroşenkoya ultimatum veriblər. 

Sputnik “Rossiya 24”-ə istinadən xəbər verir ki, ultimatumun müəllifləri Ukrayna Silahlı Qüvvələrinin Tank briqadasının ikinci döyüş batalyonunun hərbçiləridir. Hərbçilər bəyan ediblər ki, əgər qısa zamanda onların ordu sıralarından təxris olunması barədə qərar verilməsə və ya buna imkan verilməsə, o zaman istənilən qərarı və əmri icra etməkdən imtina edəcəklər.

Hərbçilərin sözlərinə görə, onlar qanunvericilikdə nəzərdən tutulduğundan artıq müddətdə xidmət ediblər  və onların bu problemi həll olunmayıb. Əksinə onlara hələ də xidməti davam etdirmək tövsiyyə olunur. “Bunun müqabilində isə, hərbçilər maddi-texniki cəhətdən və qida ilə normal təchiz olunmurlar.

Briqada komandiri problemi həll etmək əvəzinə məzuniyyətə gedib. Əgər məsələ qısa zamanda həllini tapmazsa, biz yuxarıların hər hansı əmrini icra etməkdən imtina edəcəyik.” – deyə hərbçilər bildiriblər. 

 

Əsas mövzular