08:58 16 İyul 2018
Canlı yayım
  • RUB0.0273
  • USD1.7000
  • EUR1.9817
Mixeil Saakaşvili

Odessada asayişi Kaliforniya polisləri qoruyacaq

© Sputnik / Stringer
XƏBƏRLƏR
Qısa URL
911

Mixeil Saakaşvili odessalı polisləri amerikalı polislərlə əvəz etmək qərarına gəlib.

BAKI, 13 iyul-Sputnik. Ukraynanın Odessa vilayətinin qubernatoru Mixeil Saakaşvili yerli polisini Amerika polisi ilə əvəz etmək qərarına gəlib.

Sputnik Unian-a istinadən xəbər verir ki, yerli polisin fəaliyyətindən narazı olan Odessa rəhbəri Mixail Saakaşvili bu sahədə ciddi islahatlar həyata keçirməyə qərar verib. O, Odessa polisini ABŞ-ın Kaliforniya ştatının polisləri ilə əvəzləmək niyyətindədir. Saakaşvili bu məqsədlə xeyli sayda kaliforniyalı polisi Odessaya gətirib bir müddət burada  xidmət keçməsinə nail olmaq istəyir. Artıq o, bu barədə Ukrayna rəhbərliyini də məlumatlandırıb.

Saakaşvili özü bunu Odessa kimi kriminal bir vilayətdə cinayətkarlığa qarşı effektiv mübarizə aparmaq məqsədilə etdiyini deyib.

Teqlər:
Odessa vilayəti, Mixeil Saakaşvili, Odessa, Ukrayna

Əsas mövzular